İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Mikel Arteta Premyer Liqada 150-ci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, “Squawka”nın məlumatına görə, 44 yaşlı mütəxəssis bu göstəriciyə 249-cu oyununda çatıb.
Artetanın yubiley qələbəsi Premyer Liqanın 2026/2027 mövsümünün birinci turunda “Koventri Siti” üzərində 3:0 hesablı qələbəyə təsadüf edib.
İspaniyalı çalışdırıcı bununla 250 oyundan az müddətdə Premyer Liqada 150 qələbə qazanan beşinci baş məşqçi olub.
Bu göstəricidə rekord Xosep Qvardiolaya məxsusdur. O, 150-ci qələbəsinə 204-cü matçında çatıb. Joze Mourinyo buna 231, Yurgen Klopp 237, Aleks Ferqyuson isə 247 oyunda nail olub.
Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun başçılığı altında London təmsilçisi 2025/2026 mövsümündə İngiltərə çempionu olub.
