“Kristal Palas” İsmaila Sarr üçün “Qalatasaray”dan 60 milyon istəyir

21 Avqust 2026 09:13
88
“Kristal Palas” İsmaila Sarr üçün “Qalatasaray”dan 60 milyon istəyir

Türkiyənin “Qalatasaray” futbol klubu İsmaila Sarrın transferi üçün “Kristal Palas”la danışıqları davam etdirir.

İdman.Biz xəbər verir ki, İstanbul klubu 28 yaşlı futbolçu və onun nümayəndələri ilə dörd illik müqavilə üzrə razılığa gəlib.

Lakin transferin reallaşmasına əsas maneə “Kristal Palas”ın tələb etdiyi məbləğdir. İngiltərə klubu Sarr üçün təxminən 60 milyon avro (116 milyon AZN) istəyir.

Məlumata görə, “Qalatasaray”ın ilk təklifi rədd edilib. Klub rəhbərliyi indi bonuslar və hissəli ödəniş planını əhatə edən yeni təklif hazırlayaraq transfer məbləğini aşağı salmağa çalışır.

İsmaila Sarr 2025/26 mövsümündə “Kristal Palas”ın heyətində bütün turnirlərdə 45 matça çıxıb və 21 qol vurub.

Seneqallı futbolçu komandasının qalib gəldiyi UEFA Konfrans Liqasında 9 qolla turnirin bombardiri olub. O, həmçinin azarkeşlərin səsverməsinə əsasən “Kristal Palas”da mövsümün ən yaxşı futbolçusu seçilib.

İdman.Biz