“Rayo Valyekano” İspaniya La Liqasının ikinci turunda “Alaves”lə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, görüş “Rayo Valyekano”nun Madriddəki stadionunda oynamaq icazəsi olmadığı üçün Leqanesdə keçirilib.
Qarşılaşmada hesabı 48-ci dəqiqədə Serxio Kamelyo açıb. “Alaves” 84-cü dəqiqədə Mariano Diasın qolu ilə tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Alaves” iki turda 4 xal toplayıb. “Rayo Valyekano”nun isə 1 xalı var.
Qeyd edək ki, “Rayo Valyekano” üçüncü turda avqustun 31-də səfərdə “Barselona” ilə qarşılaşacaq. “Alaves” isə avqustun 28-də “Vilyarreal”ı qəbul edəcək.
