Fransanın “Nitsa” futbol klubunun yeni transferi Aksel Vitsel peşəkar karyerasını bu komandada başa vura bilər.
İdman.Biz ”L”Equipe” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı belçikalı yarımmüdafiəçi karyerasını məhz “Nitsa”da bitirmək niyyətində olduğunu bildirib.
Aksel Vitsel Fransa təmsilçisi ilə “1+1” illik sözləşmə imzalayıb.
Təcrübəli futbolçu karyerası ərzində Belçikanın “Standard”, Portuqaliyanın “Benfika”, Rusiyanın “Zenit”, Çinin “Tyantszin Teda”, Almaniyanın “Borussiya Dortmund”, İspaniyanın “Atletiko” klublarının formasını geyinib.
