Yarmolenkonun “Qarabağ”la oyunu buraxmasının səbəbi məlum oldu

20 Avqust 2026 00:43
98
Yarmolenkonun “Qarabağ”la oyunu buraxmasının səbəbi məlum oldu

Kiyev “Dinamo”sunun kapitanı Andrey Yarmolenkonun “Qarabağ”la Bakıdakı cavab qarşılaşmasında iştirak etməməsinin səbəbi açıqlanıb.

İdman.Biz xəbər verir ki, jurnalist Vadim Skiçko “ReMarka” proqramında futbolçunun baş məşqçi İqor Kostyukla münaqişə yaşaması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. O, məlumatı bir neçə müstəqil mənbədən yoxladığını və tərəflər arasında konfliktin təsdiqini tapmadığını qeyd edib.

Məlumata görə, Yarmolenko səhhətində yaranan problem səbəbindən komandaya kömək edə bilməyib. Futbolçunun yüksək hərarəti olub və o, xəstələndiyi üçün qarşılaşmanı buraxıb. “Dinamo” nümayəndəsi də Yarmolenkonun matç günü xəstələndiyini, yüksək temperatur səbəbindən hoteldə qaldığını və sistem altında müalicə aldığını açıqlayıb.

Bundan əvvəl Ukrayna mətbuatında 36 yaşlı futbolçunun Kostyukun onu start heyətində oynatmayacağını öyrəndikdən sonra narazılıq etdiyi və stadiona getməyərək hoteldə qalması barədə məlumat yayılmışdı.

İdman.Biz