“Real Madrid” media nümayəndələri üçün məhdudiyyətləri bir qədər də sərtləşdirib

19 Avqust 2026 13:23
103
“Real Madrid” media nümayəndələri üçün məhdudiyyətləri bir qədər də sərtləşdirib

Klub daha əvvəl “Movistar” və DAZN-ın “Santyaqo Bernabeu”da oyunöncəsi proqramlar hazırlamasına qadağa qoymuşdu.

İspaniyanın “Real Madrid” klubu media nümayəndələrinin klubun tədbirlərinə çıxışını daha da məhdudlaşdırmaq qərarına gəlib.

Xatırladaq ki, daha əvvəl klub “Movistar” və DAZN telekanallarına “Santyaqo Bernabeu” stadionunda oyunöncəsi proqramlar keçirməyə icazə verməmişdi.

İndi isə jurnalistlər komandanın yeni transferlərinin təqdimat mərasimlərində də iştirak edə bilməyəcəklər.

Bununla belə, azarkeşlər təqdimat mərasimlərini “Real Madrid”in rəsmi kanalında ödənişsiz izləyə biləcəklər.

İdman.Biz