Azərbaycan Atletika Federasiyasının nümayəndəsi “Future Leaders Forum”da iştirak edir

14 Avqust 2026 21:49
122
Azərbaycan Atletika Federasiyasının nümayəndəsi “Future Leaders Forum”da iştirak edir

Böyük Britaniyanın Birmingem şəhərində 12–16 avqust tarixlərində “Future Leaders Forum” keçirilir.

İdman.Biz xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının İnkişaf Koordinatoru Qadir Qurbanov sözügedən forumda iştirak edir.

Forumun açılış mərasimində World Athletics prezidenti Sebastian Coe və Avropa Atletikasının prezidenti Dobromir Karamarinov çıxış ediblər.

Tədbir atletikanın gələcək inkişafı, liderlik və beynəlxalq əməkdaşlıq istiqamətində fikir mübadiləsi üçün mühüm platformadır.

İdman.Biz