“Strasburq”un müdafiəçisi “İpsviç”ə keçəcək

13 Avqust 2026 21:26
140
“Strasburq”un müdafiəçisi “İpsviç”ə keçəcək

"İpsviç" "Strasburq"un müdafiəçisi Abdul Uattara ilə müqavilə imzalamağa yaxındır.

İdman.Biz bu barədə "L'Equipe" qəzetinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 20 yaşlı Kot-d'İvuarlı 20 milyon avro dəyərində beş illik müqavilə imzalayacaq. Onun Fransa klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Uattara 2024-cü ildən bəri "Strasburq"un əsas komandasında oynayır. 2025/26 mövsümündə müdafiəçi 40 matçda dörd qol vurub.

Transfermarkt onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz