Məhəmməd Salah millisində tarixi rekorda imza atıb

22 İyun 2026 10:58
122
Məhəmməd Salah millisində tarixi rekorda imza atıb

Məhəmməd Salah Misir millisinin tarixində yeni rekorda imza atıb.

İdman.Biz FIFA-ya istinadən xəbər verir ki, ulduz hücumçu yığmanın heyətində qol vuran ən yaşlı futbolçu olub.

34 yaş 6 günlük olan Salah DÇ-2026-nın seçmə mərhələsində Yeni Zelandiya ilə keçirilən görüşdə fərqlənərək bu göstəricidə rekord müəllifinə çevrilib.

Bununla da o, uzun illər Maqdi Abdelqaniyə məxsus olan rekordu yeniləyib. Keçmiş futbolçu 1990-cı ildə Niderland millisinə qarşı oyunda 30 yaş 320 günlüyündə qol vurmuşdu.

İdman.Biz