Adrian Mutu: “Bravo!” - FOTO

Xəbərlər
12 Yanvar 2024 14:36
284
Adrian Mutu: “Bravo!” - FOTO

“Radunu təbrik edirəm. Bu, sözün əsl mənasında uğurlu transferdir”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

O, “Cenoa”dan “Tottenhem”ə 30 milyon avroya transfer olunan Radu Drequşi keçidini dəyərləndirib. Mutu bildirib ki, bununla da ən bahalı rumıniyalı futbolçu adını qazanan həmyerlisi çox istedadlıdır: “O, İtaliyada nəyə qadir olduğunu göstərdi. Bunu zirvədə olan A seriyasında etmək elə də asan deyil. Bravo! Amma... Nəzərə alın ki, çətin iş yeni başlayır!”.

Buna qədər ən bahalı rumıniyalı futbolçu statusu məhz Mutuya məxsus olub. O, 2003-cü ildə “Parma”dan “Çelsi”yə 22,5 milyona transfer edilib.

Mutu bildirib ki, rekordunun yenilənməsinə heç də pis olmayıb: “Radunun rekordumu qırdığına qəzəblənmirəm. Rekordlar qırılmaq üçündür. Şadam ki, təxminən 20 ildən sonra 20 milyon avrodan çox qiyməti olan bir rumınımız var”.

İdman.biz