Dayer “Bavariya”nın tarixində 4-cü ingiltərəli futbolçu olub

Xəbərlər
12 Yanvar 2024 10:27
455
Dayer “Bavariya”nın tarixində 4-cü ingiltərəli futbolçu olub

“Bavariya”nın heyətinə yeni qatdığı Erik Dayer Almaniya klubunun tarixinə 4-cü ingiltərəli futbolçu kimi düşüb.

İdman.biz xəbər verir ki, 29 yaşlı müdafiəçiyə qədər onun yalnız üç həmyerlisi Münhen təmsilçisində forma geyinib. Bunlar müdafiəçi Omar Riçards, yarımmüdafiəçi Ouen Harqrivz və hücumçu Harri Keyndir.

2014-cü ildən “Tottenhem”də çıxış edən Erik 10 ilə yaxın müddətdə London klubunda 364 matç keçirib. Onun hesabında 13 qol var.

Qeyd edək ki, “Tottenhem”dən keçən müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Anlaşmada sonradan daha bir il müddətinə uzadılma bəndi də yer alıb.

İdman.biz