Ər-Riyadda təşkil olunan İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.
İdman.biz xəbər verir ki, “Barselona” “Osasuna”nı məğlub edib.
Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb. Cütün taleyini həll edən qolları Robert Levandovski və Lamin Yamal vurublar.
“Barselona” finalda “Real”la qarşılaşacaq. Final matçı yanvarın 14-də keçiriləcək.
Qeyd edək ki, “Real” ilk yarımfinal oyununda “Atletiko”ya əlavə vaxtda 5:3 hesabı ilə qalib gəlib.
İspaniya Superkuboku
Yarımfinal
Barselona – Osasuna – 2:0
Qollar: Levandovski, 59. Lamin Yamal, 90+2
İdman.biz