Fred “İnternasional”ın hədəfinə düşüb

Xəbərlər
5 Yanvar 2024 00:12
143
Fred “İnternasional”ın hədəfinə düşüb

“Fənərbaxça”nın futbolçusu Fred yeni təklif alacaq.

İdman.biz xəbər verir ki, Braziliyanın “İnternasional” klubu futbolçu ilə maraqlanır.

Ölkə mətbuatının yazdığına görə, komanda təcrübəli yarımmüdafiəçi üçün “Fənərbaxça”ya təklif göndərəcək. Yayda 9,74 milyona “Mançester Yunayted”dən transfer olunan Fred İstanbul klubunun əsas oyunçularından birinə çevrilib. O, 18 qarşılaşmada 6 ötürmə verib.

Qeyd edək ki, artıq “İnternasional”la “Fənərbaxça” arasında transfer əlaqələri var. Yayda Enner Valensiya Braziliya klubuna transfer olunub.

İdman.biz