Arda Gülər bu gün “Real”da debüt edəcəkmi?

Xəbərlər
3 Yanvar 2024 01:07
217
Arda Gülər bu gün “Real”da debüt edəcəkmi?

Türkiyəli futbolçu Arda Gülər bu gün “Real”da debüt edə bilər.

İdman.biz xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bu barədə açıqlama verib.

İtaliyalı mütəxəssis “Malyorka” ilə qarşılaşmada Ardaya şans verə biləcəyini qeyd edib: “Arda Gülər geri dönüb və öz səviyyəsinə qayıdır. Heç yerə tələsmirik, onun “Real”da oynamaq üçün çox vaxtı var. Əgər alınsa, sabah Ardaya bir neçə dəqiqə şans verəcəm. Onun inanılmaz potensialı var”.

Qeyd edək ki, İspaniya çempionatının 19-cu turunun “Real” – “Malyorka” oyunu bu gün Bakı vaxtı ilə 22:15-də start götürəcək.

İdman.biz

Məqalədə: