Sanço üç klubun hədəfində

Xəbərlər
1 Yanvar 2024 21:56
177
Sanço üç klubun hədəfində

“Mançester Yunayted”in canını qurtarmaq istədiyi Ceydon Sanço ilə üç klub maraqlanır.

İdman.biz xəbər verir ki, “Borussiya D”, “Leyptsiq” və “Yuventus” ingilis futbolçunu transfer etmək istəyir.

Sanço sentyabr ayından etibarən “Mançester Yunayted”in heyətində meydana çıxmayıb. 23 yaşlı yarımmüdafiəçi baş məşqçi Erik ten Haaqla münaqişə üzündən komandadan uzaqlaşdırılıb. Nəticədə Ceydonun qış transfer dövründə satılması qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, Sanço 2022-ci ilin yayında 85 milyon avroya Dortmund “Borussiya”sından transfer olunub. O, hazırki mövsümdə cəmi 3 oyunda meydana çıxıb.

İdman.biz