La Liqa: “Rayo Valyekano” böyük hesablı qələbə qazanıb

5 Mart 2026 00:11
95
La Liqa: “Rayo Valyekano” böyük hesablı qələbə qazanıb

“Rayo Valyekano” və “Ovyedo” arasında La Liqanın 23-cü turunun təxirə salınmış matçı baş tutub.

İdman.Biz bildirir ki, matç 3:0 hesabı ilə “Rayo Valyekano”nun xeyrinə qurtarıb.

44-cü dəqiqədə Xorxe de Frutos hesabı 1:0 edib. Frutos 50-ci dəqiqədə ikinci qolunu vurub. 62-ci dəqiqədə Alvaro Qarsiya Rivera hesabı 3:0-a çatdırıb.

“Rayo Valyekano” 30 xalla 13-cü, rəqibləri isə 17 xalla sonuncu yerdədirlər.

İdman.Biz