A Seriyası: “Napoli” “Fiorentina”ya qalib gəlib - VİDEO

31 Yanvar 2026 23:09
91
A Seriyası: “Napoli” “Fiorentina”ya qalib gəlib

İtaliya A Seriyasının 23-cü turunun “Napoli” və “Fiorentina” arasında keçirilən oyunu yekunlaşıb.

İdman.Biz bildirir ki, oyun Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda baş tutub. Meydan sahiblər 2:1 hesabı ilə qalib gəliblər.

Hesabı Antonio Verqara açıb. “Napoli”nin yarımmüdafiəçisi qapıçı Aleks Meretin ötürməsindən sonra 11-ci dəqiqədə qol vurub. İkinci hissədə, 49-cu dəqiqədə meydan sahiblərinin müdafiəçi Migel Qutyerres komandasının üstünlüyünü artırıb. Qonaqların hücumçusu Manor Solomon 57-ci dəqiqədə bir cavab qolu vurub.

“Napoli” 23 oyundan 46 xalla İtaliya çempionatının cədvəlində üçüncü yerdədir. “Fiorentina”nın 17 xalı var və 18-ci yerdədir.

Turun digər oyununda “Piza” “Sassuolo”ya məğlub olub – 1:3.

İdman.Biz