“Latsio” “Cenoa”nı 90+10-cu dəqiqədə penaltidən qolla məğlub edib

31 Yanvar 2026 02:01
73
“Latsio” “Cenoa”nı 90+10-cu dəqiqədə penaltidən qolla məğlub edib

İtaliya A Seriyasının 23-cü turunda “Latsio”" və “Cenoa” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, matç Romadakı “Stadio Olimpiko”da baş tutub. Oyunu hakim Luka Zufferli idarə edib. Ev sahibi komanda 3:2 hesabı ilə qalib gəlib.

“Latsio”nun hücumçusu Pedro Rodriges matçda hesabı açıb. İspaniyalı ikinci hissədə 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək fərqlənib. Yarımmüdafiəçi Kennet Teylor 62-ci dəqiqədə Roma komandasının üstünlüyünü artırıb. “Cenoa”nın yarımmüdafiəçi Ruslan Malinovski 67-ci dəqiqədə penalti zərbəsi ilə qollardan birinin əvəzini çıxıb. 75-ci dəqiqədə qonaq hücumçu Vitor Oliveyra hesabı bərabərləşdirib. 90+10-cu dəqiqədə yarımmüdafiəçi Danilo Kataldi penalti zərbəsini dəqiq yerinə yetirərək “Latsio”ya qələbə qazandırıb.

Bu oyundan sonra “Cenoa” İtaliya yüksək liqasında 23 xalla 16-cı, “Latsio” isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.

İdman.Biz