Almaniya Bundesliqasının 20-ci turunun oyununda “Köln” evdə “Volfsburq”u 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz-in məlumatına görə, oyunun yeganə qolu 29-cu dəqiqədə vurulub.
“Köln” yarımmüdafiəçisi Linton Maina cərimə meydançasının xaricindən dəqiq zərbə endirərək ev sahibi komandanın qələbəsini təmin edib.
Bu qələbə ilə “Köln” Bundesliqanın turnir cədvəlində 10-cu yerə yüksəlib. “Volfsburq” 12-ci yerdədir.
