“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Maykl Kerrikin çalışdırıcılıq müddətinə şübhə ilə yanaşdığını bildirib.
İdman.Biz xəbər verir ki, Premyer Liqanın 23 oyunundan sonra “Mançester Yunayted”in 38 xalı var və turnir cədvəlində dördüncü yerdədir.
“İnanıram ki, “Midlsbro”da bir neçə il işlədikdən sonra “Mançester Yunayted”in meneceri vəzifəsini öz üzərinə götürmək Maykl Kerrik üçün fəlakət reseptidir. Mənim narahatlığım odur ki, növbəti 18 ay ərzində klubun daha bir böhranla üzləşəcəyini görəcəyik. Həmişəki kimi, bu filmi əvvəllər də görmüşük. “Mançester Yunayted” bu yay dünyanın ən yaxşı menecerini tapmalı və onu bu vəzifəyə təyin etməlidir", - deyə “Sky Sports” Nevillin sözlərini sitat gətirib.
