“Liverpul”un çalışdırıcısı: “Qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur”

Xəbərlər
27 Yanvar 2026 21:54
92
“Liverpul”un çalışdırıcısı: “Qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur”

“Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib”.

İdman.Biz xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Arne Slot deyib.

Mütəxəssis evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.

“Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında “Çelsi” ilə oyunda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”, - Slot deyib.

“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İdman.Biz