“Liverpul”un sabiq oyunçusu Ceymi Karrager İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a 3:2 hesabı ilə məğlub olduqdan sonra komandanı tənqid edib.
İdman.Biz xəbər verir ki, Karrager Premyer Liqada ən yüksək əmək haqqına malik olan bu komandanın Liqa standartlarına cavab vermədiyi qənaətindədir.
“Biz Premyer Liqada Premyer Liqa standartlarına cavab verməyən bir komanda görürük. “Mançester Yunayted” və “Çelsi”nin son bir neçə həftədə nələrə nail olduqlarını görəndə başa düşürsən ki, “Liverpul” finişi tamamilə Çempionlar Liqası zonasından kənarda başa vura bilər. Mən onlar üçün həqiqətən narahatam. Onlar hazırkı çempion kimi Çempionlar Liqasını qaçırdılar, 450 milyon funt sterlinq xərclədilər və Premyer Liqada ən yüksək əmək haqqına sahibdirlər. Düşünürəm ki, baş məşqçi ilə bağlı ciddi suallar var”, - deyə Karrager Sky Sports-a bildirib.
İngiltərə Premyer Liqasında 23 oyundan sonra “Liverpul”un 36 xalı var və turnir cədvəlində altıncı yerdədir.
