Keyn və Olise Bundesliqanın ən yüksək reytinqli oyunçularıdır - WhoScored

Xəbərlər
25 Yanvar 2026 00:57
28
Keyn və Olise Bundesliqanın ən yüksək reytinqli oyunçularıdır - WhoScored

“Bavariya”nın hücumçusu Harri Keyn bu mövsüm Bundesliqada ən yüksək reytinqə malik oyunçudur – onun göstəricisi 8.33-dür.

İdman.Biz xəbər verir ki, cinah oyunçusu Maykl Olise 8.06 reytinqlə ikinci yerdədir.

“Bavariya”nın digər oyunçusu Luis Dias 7.74 reytinqlə ilk üçlüyü tamamlayır.

Məlumatlar “WhoScored” statistika portalı tərəfindən təqdim olunur.

Almaniya liqasında 19 oyundan sonra “Bavariya” 50 xalla turnir cədvəlinin zirvəsindədir. Onlar ikinci yerdəki “Borussiya Dortmund”dan 8 xal irəlidədirlər.

İdman.Biz