“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda müqaviləsi başa çatdıqda klubdan ayrılacaq.
İdman.Biz-in xəbərinə görə, klubun mətbuat xidməti rəsmi saytında bildirib.
“Kazemiroya “qırmızı şeytanlar”a verdiyi töhfəyə görə təşəkkür edirik və ümid edirik ki, karyerasını klubda yüksək notlarla başa vuracaq”, - açıqlamada deyilir.
Oyunçu 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm Kazemiro “qırmızı şeytanlar”ın heyətində 18 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
