Mərakeş Kral Futbol Federasiyası (FRMF) milli komandanın Afrika Millətlər Kubokunun finalında Seneqala 1:0 hesabı ilə məğlub olmasından sonra rəsmi açıqlama yayıb.
İdman.Biz bildirir ki, Seneqalın qapısına penalti təyin edildikdən sonra oyunçular hakimin qərarına etiraz olaraq meydanı tərk ediblər.
Penalti 90+24-cü dəqiqədə təyin edilib. Qapıçı Eduard Mendi mərakeşli Brahim Diazın zərbəsini dəf edib.
“Mərakeş Kral Futbol Federasiyası Seneqal milli komandasının Mərakeşlə final matçından imtina etməsi və hakimin mütəxəssislərin düzgün hesab etdiyi penalti qərarından sonra baş verən hadisələrlə əlaqədar Afrika Futbol Konfederasiyasına (CAF) və FIFA-ya qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayır. Bu, matça və oyunçuların oyununa əhəmiyyətli dərəcədə təsir göstərib.
Digər tərəfdən, Mərakeş Kral Futbol Federasiyası milli komandaya sadiq qalan və bütün matçlarda nümunəvi dəstək göstərən bütün Mərakeş azarkeşlərinə səmimi təşəkkürünü bildirir. Həmçinin bu qitə turnirinin uğurunda əməyi keçən hər kəsə təşəkkür edir”, - deyə Mərakeş Kral Futbol Federasiyası X sosial media platformasında bildirib.
