Almaniya Bundesliqasının 17-ci turunun “Köln” və “Bavariya” komandaları arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Kölndə keçirilən matç 3:1 hesabı ilə Münhen komandasının xeyrinə yekunlaşıb.
Meydan sahiblərinin yarımmüdafiəçisi Linton Mayna 41-ci dəqiqədə hesabı açıb. “Bavariya”nın hücumçusu Serj Qnabri 45+5-də hesabı bərabərləşdirib. “Bavariya”nın müdafiəçisi Kim Min Je 71-ci dəqiqədə komandasına üstünlük qazandırıb. Münhenlilərin yarımmüdafiəçisi Lenart Karl 84-cü dəqiqədə hesabı 3:1 edib.
Turun digər oyununda “RB Leypsiq” və “Frayburq” qarşılaşıblar. Oyun 2:0 “RB Leypsiq”in xeyrinə qurtarıb.
Digər matçlarda isə nəticələr belə olub:
“Volfsburq” - “Sankt-Pauli” - 2:1
“Hoffenhaym” - “Borussiya Mönhenqladbax” - 5:1
