“Neftçi” heyətini ukraynalı yarımmüdafiəçi ilə gücləndirə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Fanday.net” nəşri məlumat yayıb.
Xəbərdə “Rux” klubunun dayaq yarımmüdafiəçisi Denis Pidqurskinin “Neftçi”nin transfer siyahısında yer aldığı qeyd olunub.
Baş məşqçi Yuri Vernidub 22 yaşlı futbolçunu komandasında görmək istəyir. Ukraynalı mütəxəssis onu “Krivbas”da birgə çalışdığı dövrdən yaxından tanıyır.
Qeyd edək ki, “Rux” futbolçu üçün daha əvvəl təxminən 1 milyon avro tələb edib. Lakin yarımmüdafiəçinin yayda müqaviləsinin başa çatması “Neftçi” üçün bu keçidi daha əlçatan edir.
