2025-ci il Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin oyunları başa çatıb.
İdman.Biz bildirir ki, son olaraq Əlcəzair və Kot-d'İvuar dörddəbir finala vəsiqə qazanıblar.
Beləliklə, turnirin dörddəbir finalındakı səkkiz komandanın hamısı müəyyənləşib.
2025-ci il Afrika Millətlər Kubokunun dörddəbir final cütlükləri:
Mali - Seneqal;
Kamerun - Mərakeş;
Əlcəzair - Nigeriya;
Misir - Kot-d'İvuar.
Dörddəbir final oyunları 9 və 10 yanvar şənbə və bazar günləri keçiriləcək. Yarışın yarımfinal oyunları 14 yanvar çərşənbə gününə planlaşdırılıb. Turnirin qalibi 18 yanvar bazar günü keçiriləcək final oyununda müəyyənləşəcək.
