İtaliya A Seriyası mövsümünün 19-cu turunun “Sassuolo” və “Yuventus” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Mapei - Città del Tricolore”da (Reggio nel Emilia) qarşılaşıblar.
Turin klubunun oyunçuları 3:0 hesablı qələbəni qeyd ediblər.
16-cı dəqiqədə “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviç öz qapısına qol vurub. 62-ci dəqiqədə yarımmüdafiəçi Fabio Miretti “Yuventus”un üstünlüyünü ikiqat artırıb. 63-cü dəqiqədə hücumçu Conatan Devid üçüncü qola imza atıb.
“Yuventus” mövsümdəki xallarının sayını 36-ya çatdırıb və turnir cədvəlində dördüncü yerə yüksəlib. 23 xalla “Sassuolo” 10-cu yerdədir.
23:14
İtaliya A Seriyasının 19-cu turunda “Lecce” və “Roma” arasında keçirilən oyun başa çatıb. Komandalar “Stadio Ettore Giardinero - Via Del Mare” stadionunda (Lecce) qarşılaşıblar.
“Roma” oyunçuları 2:0 hesablı qələbəni qeyd ediblər.
14-cü dəqiqədə “Roma”nın hücumçusu Evan Ferqyuson argentinalı Paulo Dibalanın ötürməsindən sonra komandasını irəli çıxarıb. 71-ci dəqiqədə ukraynalı Artyom Dovbık “Roma”nın fərqini ikiqat artırıb.
“Roma” hazırda 19 oyundan 36 xal toplayaraq turnir cədvəlində dördüncü yerə yüksəlib. 17 xalla “Lecce” 16-cı yerdədir.
20:29
İtaliya çempionatının 19-cu turunda “Komo” səfərdə “Piza”nı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, qonaqlardan ikinci hissədə Maksimo Perrone və Anastasios Douvikas (dubl) qol vurublar. Əsas hissənin bitməsinə beş dəqiqə qalmış ev sahiblərinin penalti zərbəsini M'bala Nzola dəqiq yerinə yetirə bilməyib.
“Komo” ardıcıl üçüncü oyununda qələbə qazanıb. Sesk Fabreqasın komandası 33 xal qazanaraq Seriya A turnir cədvəlində dördüncü yerə yüksəlib və əlavə meyarlara görə “Yuventus” və “Roma”nı geridə qoyub.
“Piza” 12 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.
