“Çelsi”nin müvəqqəti baş məşqçisi Kalum Makfarleyn, Liam Roseniorun təyin olunmasına baxmayaraq, İngiltərə Premyer Liqasının 21-ci turunda “Fulhem”ə qarşı oyunda komandaya rəhbərlik edəcək.
İdman.Biz bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Entso Mareskanın “Çelsi”nin baş məşqçisi vəzifəsindən kənarlaşdırılmasından sonra Kalum Makfarleyn gənclər komandasından böyüklər komandasına yüksəldilib. Bu gün, 6 yanvarda “Çelsi” Fransanın “Strasburq” klubunun keçmiş oyunçusu Liam Roseniorun təyinatını açıqlayıb.
“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 oyundan 31 xalla beşinci yerdədir. “Arsenal” isə 48 xalla birinci yerdədir.
