Cinah müdafiəçisi Joau Kanselu “Barselona”ya qayıdır. Klub onu “Əl-Hilal”dan icarəyə götürüb.
İdman.Biz-in insayder Fabrizio Romanoya istinadla verdiyi məlumata görə, Kataloniya klubu 31 yaşlı futbolçunu mövsümün sonuna qədər “Əl-Hilal”dan 4 milyon avroya icarəyə götürüb.
“Mundo Deportivo”nun məlumatına görə, “Barselona” portuqaliyalı futbolçunun maaşının yalnız bir hissəsini - 5 milyon avronu ödəyəcək.
Kanselu ən azı dörd ay meydandan kənarda qalacağı gözlənilən zədəli Andreas Kristensenin əvəzedicisi kimi qeydiyyata alınacaq.
