“Çelsi” Vinisiusun transferi üçün “Real Madrid”ə 160 milyon avro ödəməyə hazırdır - VİDEO

Xəbərlər
6 Yanvar 2026 00:15
58
“Çelsi” Vinisiusun transferi üçün “Real Madrid”ə 160 milyon avro ödəməyə hazırdır - VİDEO

“Çelsi” qış transfer pəncərəsində heyətini “Real Madrid”in cinah oyunçusu Vinisius Junior ilə gücləndirməyi planlaşdırır.

İdman.Biz-in “The Guardian” qəzetinə istinadən məlumatına görə, ingilis klubu braziliyalı oyunçu üçün 160 milyon avro ödəməyə hazırdır.

Vinisius Junior 2017-ci ilin yayından “Real Madrid”də çıxış edir. Braziliyanın “Flamenqo” klubuna onun transferi üçün 45 milyon avro ödənib. Vinisiusun “Real Madrid” klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. Daha əvvəl tərəflərin yeni müqavilə barədə razılığa gələ bilmədiyi bildirilirdi.

Cinah oyunçusu bu mövsüm La Liqada 19 oyunda meydana çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib.

@idman.biz

“Çelsi” qış transfer pəncərəsində heyətini “Real Madrid”in cinah oyunçusu Vinisius Junior ilə gücləndirməyi planlaşdırır. İdman.Biz-in “The Guardian” qəzetinə istinadən məlumatına görə, ingilis klubu braziliyalı oyunçu üçün 160 milyon avro ödəməyə hazırdır. #FUTBOL #vinijunior #vinisius #realmadrid #chelsea

♬ оригинальный звук - Idman və Biz
İdman.Biz