“Qarabağ”ın rəqibinin üç futbolçusu 40 milyon avrodur

Xəbərlər
19 Dekabr 2023 19:38
257
“Qarabağ”ın rəqibinin üç futbolçusu 40 milyon avrodur

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, Portuqaliya klubunun ən bahalı futbolçusunun qiyməti 20 milyon avrodur.

Söhbət komandanın kapitanı Rikardo Hortadan gedir. 27 yaşlı yarımmüdafiəçi 8 mövsümdür, "Braqa"nın şərəfini qoruyur və liderlik funksiyasını yerinə yetirir. Çempionlar Liqasının qrup mərhələsini üçüncü pillədə başa vuran komandanın ikinci ən dəyərli oyunçusu Al Musratidir. Dəyəri 16 milyon olan Liviya yığmasının üzvü yarımmüdafiədə çıxış edir. Al Musratinin "Vulverhempton"un maraq dairəsində olduğu söylənilir.

"Barselona" akademiyasının yetirməsi Abel Ruiz "Braqa”nın ən bahalı “üçlüyü”nü tamamlayır. Onun transfer qiyməti 14 milyon avrodur.

Portuqaliya klubunun ümumi qiyməti isə 126,20 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsidə “Qarabağ” – “Braqa” qarşılaşmasının ilk oyunu fevralın 15-də Portuqaliyada, bir həftə sonra isə Bakıda baş tutacaq.

İdman.biz