“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məşqçisi ilə yollarını ayırıb

Xəbərlər
30 Dekabr 2025 20:03
45
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məşqçisi ilə yollarını ayırıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Liverpul” məşqçisi Aaron Briqqslə yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis 2024-cü ilin iyulundan klubda çalışırdı.

“Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində yanvarın 29-da “Qarabağ”ı qəbul edəcək. İngilis klubu 6 oyundan sonra 12 xalla doqquzuncu yerdədir. “Qarabağ” 7 xalla 22-ci yerdə qərarlaşıb.

İdman.Biz