“Qarabağ”ın keçmiş oyunçusu Şimali Makedoniyanın tanınmış klubunu çalışdıracaq - VİDEO

Xəbərlər
27 Dekabr 2025 02:16
43
“Qarabağ”ın keçmiş oyunçusu Şimali Makedoniyanın tanınmış klubunu çalışdıracaq

"Qarabağ"ın keçmiş futbolçusu Muarem Muarem "Rabotniçki"nin baş məşqçisi təyin edilib.

İdman.Biz bildirir ki, bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Klub Şimali Makedoniyanın yüksək liqasında 16 turdan sonra 12 kollektiv arasında 11-ci pillədədir.

Muarem Muarem müxtəlif illərdə (2012-15 və 2016-17) “Qarabağ”da oynayıb. O, indiyədək “Qostivar”, “Başkimi” klublarını çalışdırıb.

İdman.Biz