“Tottenhem” bu qış transferlərə 150 milyon funt sterlinq xərcləməyə hazırdır

Xəbərlər
26 Dekabr 2025 02:07
44
“Tottenhem” bu qış transferlərə 150 milyon funt sterlinq xərcləməyə hazırdır

“Tottenhem Hotspur”un rəhbərliyi qarşıdan gələn transfer pəncərəsində oyunçuların alınması üçün 150 milyon funt sterlinq ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilir ki, London klubunun əsas hədəfi “Bornmut”un cinah oyunçusu Antuan Semenyodur. Lakin qanalı futbolçunun “Tottenhem”ə keçməsi ehtimalı azdır.

“Tottenhem” ötən yay maraqlandığı “Mançester Siti”nin vingeri Savionun namizədliyi üzərinə yenidən qayıda bilər.
İngiltərə Premyer Liqasının 17 turundan sonra Tomas Frankın komandası 22 xala malikdir və hazırda 14-cü yerdədir. “Tottenhem” 18-ci turda (28 dekabr) “Kristal Palas”la qarşılaşacaq.

İdman.Biz