Turinin “Yuventus” klubu “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesi ilə maraqlanır.
İdman.Biz bildirir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.
Klub müdafiəçini bu qış nominal ödəniş müqabilində transfer etməyə ümid edir, çünki Senesinin “Bornmut”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Əgər müqavilə yanvar ayında başa çatmasa, oyunçu ilə danışıqlar gələn yay daha da intensivləşə bilər.
Senesiyə “Barselona” və “Atletiko Madrid” də maraq göstərirlər.
Bu mövsüm Senesi “Bornmut”da 17 oyunda iştirak edib və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun dəyəri 22 milyon avrodur.
