Afrika Millətlər Kubokunun qrup mərhələsinin Kot-d'İvuar və Mozambik arasında keçirilən ilk tur matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, Kot-d'İvuar matçda 1:0 hesabı ilə qələbə qazanıb. Oyun Mərakeşdəki “Marrakeş” stadionunda baş tutub. Matçın baş hakimi Ruandadan Samuel Uvikunda olub.
49-cu dəqiqədə Amad Diallo oyunda yeganə qolu vurub.
F qrupunda Kot-d'İvuar və Mozambik Kamerun və Qabonla birlikdədirlər.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Turnir 18 yanvara qədər davam edəcək. Hazırkı Afrika Millətlər Kuboku çempionu Kot-d'İvuar komandasıdır.
