"Enfild Roud"da 5 il qolsuz, 9 il qələbəsiz

Xəbərlər
17 Dekabr 2023 23:09
152
"Enfild Roud"da 5 il qolsuz, 9 il qələbəsiz

“Manşester Yunayted” səfərdə “Liverpul”la qolsuz heç-heçə oynayıb.

İdman.biz xəbər verir ki, “qırmızı şeytanlar” sonuncu dəfə rəqib meydanında 2018-ci ildə qol vurublar.

2018/2019 mövsümündə “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Yunayted”in yeganə qolunu Cessi Linqard vurub. Bu, düz 5 il əvvələ 2018-ci il dekabrın 16-na təsadüf edib.

Mançester klubu sonuncu dəfə “Enfild Roud”da 2016-cı ilin yanvarında qələbə qazanıb. O vaxt mançesterlilər “qırmızılar”ı Ueyn Runinin qolu ilə məğlub ediblər.

Qeyd edək ki, “Liverpul” 38 xalla 2-ci, “Mançester Yunayted” 28 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz