“The Guardian” qəzeti 2025-ci ilin ən yaxşı futbolçuları siyahısına daxil olan ən yaxşı 10 oyunçunun adını açıqlayıb.
İdman.Biz bildirir ki, Britaniya qəzeti ilin ən yaxşı 100 oyunçusunun ənənəvi siyahısını tərtib edib.
Reytinq jurnalistlər, məşqçilər və keçmiş futbolçulardan ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib. Onların hər biri öz ilk 100-lüyünü tərtib edib və birinci yeri tutan oyunçu 40 xal, 40-cı yeri tutan oyunçu isə bir xal qazanıb.
İlk onluq belədir:
1. Usman Dembele (PSJ);
2. Lamin Yamal (Barselona);
3. Vitinya (PSJ);
4. Kilian Mbappe (Real Madrid);
5. Harri Keyn (Bayern Münhen);
6. Erlinq Haland (Mançester Siti);
7. Əşrəf Hakimi (PSJ);
8. Rafinya (Barselona);
9. Məhəmməd Salah (Liverpul);
10. Pedri (Barselona).
