Transfermarkt “Bavariya”nın futbolçusu Karlın qiymətini 40 milyon avro artırıb

Xəbərlər
19 Dekabr 2025 20:16
34
Transfermarkt “Bavariya”nın futbolçusu Karlın qiymətini 40 milyon avro artırıb

Dekabrın 19-da Transfermarkt Bundesliqanın oyunçularının siyahısını yeniləyib: ən bahalaşmış oyunçu “Bavariya”nın 17 yaşlı hücumçu yarımmüdafiəçisi Lenart Karl olub.

İdman.Biz bildirir ki, onun dəyəri 40 milyon avro artaraq hazırda 60 milyon avroya bərabərdir ki, bu da 200% artım deməkdir.

İkinci yerdə “RB Leypsiq”in cinah oyunçusu Yan Diomande qərarlaşıb, onun dəyəri 25 milyon avro artaraq 45 milyon avroya çatıb. Üçüncü yerdə “Köln”dən Said El-Mala və “Hamburq”dan Luka Vuşkoviç qərarlaşıblar, hər ikisinin dəyəri 22 milyon avro artaraq 40 milyon avroya çatıb.

Lenart Karl 2025-ci ilin iyunundan “Bavariya”da oynayır və klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 21 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz