“Bavariya” klubun hücumçusu Serj Qnabrinin müqaviləsini uzatmaq üçün prinsipial razılığa gəlib.
İdman.Biz Bild-ə istinadən xəbər verir ki, tərəflərin illik 15-16 milyon avro maaşla iki illik yeni müqavilə imzalamağa hazır olduqları bildirilir.
Qnabri “Bavariya”ya 2017-ci ilin yayında “Verder Bremen”dən qoşulub.
2022-ci ilin iyul ayında o, Münhen klubu ilə hazırda 2026-cı ilin yayına qədər olan müqaviləsini uzadıb.
Bu mövsüm alman futbolçu komandanın heyətində 18 rəsmi oyunda dörd qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, onun transfer dəyəri 22 milyon avrodur.
