Seneqal millisinin qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə yeni müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, klub bu barədə sosial media səhifəsində məlumat verib.
Oyunçunun Səudiyyə Ərəbistanı klubu ilə yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Mendi Havr futbol akademiyalarının yetirməsidir. O, əvvəllər “Reyms”, “Renn”, “Çelsi” və digər klublarda oynayıb. O, hazırkı klubuna 2023-cü ildə qoşulub. O vaxtdan bəri “Əl-Əhli”də 92 oyunda meydana çıxıb, 94 qol buraxıb və 39 dəfə qapısını toxunulmaz saxlayıb. Mendi Səudiyyə Ərəbistanı komandası ilə Milli Superkuboku və AFC Çempionlar Liqasını qazanıb.
