“Barselona”nın cinah oyunçusu Rafinya “The Best” mükafatlandırma mərasimində FIFA-nın “İlin Komandası”na daxil edilməyib.
İdman.Biz bildirir ki, ötən mövsüm braziliyalı “blauqrana”nın heyətində bütün yarışlarda 57 oyunda 34 qol vurub və 26 məhsuldar ötürmə edib.
Rafinya Çempionlar Liqasının ən çox qol vuran oyunçusu (13 qol) və ən çox məhsuldar ötürmə verən oyunçusu (səkkiz məhsuldar ötürmə) olub. “Barselona” ilə Rafinya İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.
2025-ci il FIFA simvolik yığması: Canluici Donnarumma (“Mançester Siti”/PSJ), Əşrəf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nuno Mendeş (PSJ), Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi”), Cud Bellingem (“Real Madrid”), Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).
