Aytana Bonmati 2025-ci ilin ən yaxşı qadın oyunçusudur

Xəbərlər
16 Dekabr 2025 22:21
44
Aytana Bonmati 2025-ci ilin ən yaxşı qadın oyunçusudur

“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati FİFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib.

İdman.Biz bildirir ki, bundan əvvəl ispaniyalı oyunçu ardıcıl üçüncü dəfə 2025-ci ilin “Qızıl top” mükafatını qazanaraq rekord qırmışdı.

Ötən mövsüm Aytana Bonmati Kataloniya klubu ilə İspaniya Liqasını, Kral Kubokunu və İspaniya Qadınlar Superkubokunu qazanıb. Yarımmüdafiəçi 16 qol vurub və 12 məhsuldar ötürmə edib.

Milli komanda ilə oyunçu Avropa Çempionatının finalına yüksəlib və İspaniya penaltilərdə İngiltərəyə məğlub olub (1:1, 1:3). Buna baxmayaraq, Bonmati turnirin ən yaxşı oyunçusu seçilib.

İdman.Biz