Premyer Liqada futbolçu huşunu itirib

Xəbərlər
16 Dekabr 2023 21:59
360
Premyer Liqada futbolçu huşunu itirib

İngiltərə Premyer Liqasının 17-ci turunda “Bornmut” – “Luton” görüşü təxirə salınıb.

İdman.biz xəbər verir ki, buna səbəb qonaq komandanın futbolçusunun huşunu itirməsi olub.

“Luton”un müdafiəçisi Tom Lokyer qarşılaşmanın 62-cı dəqiqəsində özündən gedərək, yerə yıxılıb. Futbolçuya ilkin yardım göstərildikdən sonra xəstaxanaya çatdırılıb. Lokyerin özünə gəldiyi və vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, hakim və hər iki komanda oyunun dayandırılmasını razılaşıb.

İdman.biz