A Seriyası: “Atalanta” “Kalyari”ni məğlub edib - YENİLƏNİB

14 Dekabr 2025 02:03
156
A Seriyası: “Atalanta” “Kalyari”ni məğlub edib - YENİLƏNİB

İtaliya A Seriyasının 15-ci turunun “Atalanta” və “Kalyari” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İtaliyanın Berqamo şəhərindəki “Stadio Jewiss - Atleti Azzurri d'Italia” stadionunda oynayıblar.

“Atalanta” 2:1 hesablı qələbə qazanıb.

11-ci dəqiqədə “Atalanta”nın hücumçusu Canluka Skamakka komandasına üstünlük qazandırıb. 75-ci dəqiqədə “Kalyari”nin yarımmüdafiəçisi Canluka Qaetano hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Skamakka ikinci qolunu vurub.

“Atalanta” 15 oyundan 19 xal qazanıb və turnir cədvəlində 11-ci yerə yüksəlib. “Kalyari” 14 xalla 15-ci yerdədir.

23:08

İtaliya A Seriyası mövsümünün 15-ci turunun “Parma” və “Latsio” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stadio Ennio Tardini”də (Parma) qarşılaşıblar. Qonaqlar 1:0 hesablı qələbəni qeyd ediblər.

82-ci dəqiqədə hücumçu Teyianni Noslin oyunun yeganə qolunu vurub.

Paytaxt klubu mövsüm xallarının cəmini 22-yə çatdıraraq səkkizinci yerə yüksəlib. “Parma” 14 xalla A Seriyasının turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.

Turun digər oyununda isə “Torino” 1:0 hesabı ilə “Kremoneze”yə qalib gəlib.

İdman.Biz