“Qarabağ”ın rəqibindən minimal hesablı qələbə, “Hoffenhaym”dan darmadağın - VİDEO

Xəbərlər
13 Dekabr 2025 21:22
50
“Qarabağ”ın rəqibindən minimal hesablı qələbə, “Hoffenhaym”dan darmadağın - VİDEO

Almaniya Bundesliqasının 14-cü turunda “Ayntraxt Frankfurt” və “Auqsburq” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “qartallar” 1:0 hesablı qələbə qazanıblar. Qarşılaşma “Frankfurt Arena”da (Frankfurt) baş tutub.

Matçın yeganə qolunu 68-ci dəqiqədə Ritsu Doan vurub.

Bu oyundan sonra “Ayntraxt Frankfurt” 24 xalla Almaniyanın yüksək liqasında beşinci, “Auqsburq” isə 13 xalla 15-ci yerdədir.

Növbəti turda “qartallar” dekabrın 20-də “Hamburq”la, “Auqsburq” isə həmin gün “Verder Bremen”lə qarşılaşacaq.

Paralel keçirilən oyunlarda “Hoffenhaym” “Hamburq”a (4:1), “Volfsburq” “Borussiya Mönhenqladbax”a (3:1), “Sankt-Pauli” isə “Haydenhaym”a (2:1) qalib gəlib.

“Ayntraxt Frankfurt” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar 2026-cı il yanvarın 21-də Bakıda oynayacaqlar.

İdman.Biz