“Mançester Yunayted” 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandeşi satmağa meyllidir.
İdman.Biz “Caught Offside” saytına istinadla xəbər verir ki, “qırmızı şeytanlar” daha gənc oyunçuları əldə etmək üçün portuqaliyalı millisinin oyunçunu sata bilər.
Mənbəyə görə, “qırmızı şeytanlar” Fernandeşi təxminən 70 milyon funt sterlinqə (79,8 milyon avro) sata bilər. Səudiyyə Ərəbistanı klubları, xüsusən də “Əl-Hilal” və “Əl-İttihad” yarımmüdafiəçi ilə maraqlanmağa davam edir.
Portuqaliyalı yarımmüdafiəçi 2020-ci ilin yanvar ayından bəri “Mançester Yunayted”də oynayır. Bu müddət ərzində Fernandeş bütün yarışlarda 306 oyunda meydana çıxıb, 102 qol vurub və 92 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
