Fermin Lopez “Barselona” ilə müqaviləsini uzadıb

30 Yanvar 2026 19:38
90
Fermin Lopez “Barselona” ilə müqaviləsini uzadıb

Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

İdman.Biz bildidir ki, klubun mətbuat xidməti bu xəbəri özünün X sosial media səhifəsində açıqlayıb.

Daha əvvəl mediada 22 yaşlı yarımmüdafiəçinin maaşının yeni müqaviləyə əsasən ikiqat artırılacağı bildirilirdi. Həmçinin Lopezin sərbəst qalma bəndinin də ikiqat artırılacağı vurğulanırdı.

Yarımmüdafiəçi “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, Kataloniya klubuna 13 yaşında “Betis” akademiyasından qoşulub. Lopez “Barselona”nın böyüklər komandasında bütün yarışlarda 114 oyunda meydana çıxıb, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz